“8 saatlıq ağır əməliyyat keçirdim. Şükür Allaha, yavaş-yavaş düzəlirəm. İndi özümü yaxşı hiss edirəm. Evin içində əsa ilə gəzirəm”.
Baku.News bildirir ki, bu fikirləri Open.az-a açıqlamasında Azərbaycanın xalq artisti, görkəmli muğam istadı, professor Arif Babayev deyib.
Ötən ilin sonunda Mərkəzi Klinik Xəstəxanada cərrahiyyə əməliyyatı olunan ustad xanəndə hazırda vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
“Bir dəfə yıxılmışdım. Sonra belimdə və əllərimdə ağrılar hiss etdim. Əvvəlcə fikir vermədim. Düşündüm ki, yıxılmağın fəsadlarıdır. Ötüb, keçəcəyini düşündüm. Amma vaxt keçdikcə ağrılar artdı. Sən demə onurğa sütunumda çat əmələ gəlib. Bu yaşda belə zədə almaq çox təhlükəlidir. Heydər Əliyev Fondu, xüsusilə Mehriban Əliyevanın diqqəti sayəsində Mərkəzi Klinik Xəstəxanada əməliyyat olundum. Türkiyənin Acıbadəm xəstəxanasından əməliyyatım üçün xüsusi həkim gətirildi. 8 saatlıq əməliyyatdan sonra yenidən həyata qayıtdım. Şükür Allaha, indi yaxşıyam. Tikişlərim sökülüb. Evin içində gəzirəm. İnşallah, yaxın günlərdə işimə qayıtmaq istəyirəm. Səhhətimlə maraqlanan hər kəsə minnətdaram.”
Qeyd edək ki, ötən gün Arif Babayevin doğum günü idi. Ustad sənətkarın 81 yaşı tamam olub.