İyunun 1-dən 30-na qədər aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi açıqlanıb.
Analitik Ekspertiza Mərkəzindən BAKU.NEWS-a verilən xəbərə görə, həmin müddətdə 40 aptekdə yoxlama keçirilib. Yoxlamalar zamanı 10 adda, 35 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb. Maddələr üzrə 7 protokol tərtib edilib.


