Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib.
Bu barədə BAKU.NEWS-un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Faktla əlaqədar Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.
Müdafiə Nazirliyinin şəhidlərin ad-soyadı ilə bağlı yaydığı siyahıya Eşqin Omarovun da adı əlavə edilib.


