Azərbaycanda İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsi təklif olunur.
Bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisin payız sessiyasının ilk plenar iclasında ikinci səsverməyə çıxarılıb.
Layihəyə əsasən, ombudsmanın aylıq vəzifə maaşı 3060 manatdan 12 min manata qaldırılır.
Qanun qüvvəyə minənədək ombudsmana ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər yeni müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.
Dəyişikliyin 2026-cı il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.
Məsələ II səsvermədə qəbul edilib.
TREND
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir
- Azərbaycanla Yunanıstan arasında Anlaşma Memorandumu imzalandı
- AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb


