Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində tez-tez nəqliyyat hadisələri baş verir. Bu qəzalar zamanı həyatını itirənlər də olur.
BAKU.NEWS Real TV’yə istinadən xəbər verir ki, son iki ay ərzində adı çəkilən ərazidə baş verən qəzalar zamanı 3 nəfər dünyasını dəyişib.
Qəsəbə sakinləri bildiriblər ki, yolun təhlükəsizliyinin təmin olunması üçün təcili addımlar atılmalıdır. Bu yolla hərəkət edən sürücülər özlərini sanki magistral yoldakı kimi hiss edirlər. Piyada keçidinə məhəl qoyulmur, nişanlar aşırılır.


