Bakı Enerji Həftəsi Azərbaycanın bütün sahələrdə olduğu kimi, enerji sektorunda da qazandığı uğurlara, iştirakçısı və təşəbbüskarı olduğu layihələrə dünyanın diqqətini cəlb edir.
1994-cü ildən başlayaraq hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi Azərbaycanın bütün sahələrdə olduğu kimi, enerji sektorunda da qazandığı uğurlara, iştirakçısı və təşəbbüskarı olduğu layihələrə dünyanın diqqətini cəlb edir. Əməkdaşlığının coğrafiyasını ildən-ilə daha da genişləndirən Azərbaycan dünyadakı mövqeyini daha da genişləndirir. Tədbirin nüfuzunu yüksəldən ən mühüm amil isə heç şübhəsiz cənab Prezident İlham Əliyevin tədbirə şəxsən qatılması və Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 13-cüi Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak etməsi oldu. Açılış mərasimində geniş, dərin məzmunlu çıxış edən Dövlət başçısı Azərbaycanın enerji sektorunda qazandığı uğurlar və onların fonunda qarşıdakı dövrdə görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırdı. Cənab İlham Əliyev Xəzər Neft və Qaz Sərgisinin otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynadığını önə çəkdi və bildirdi ki, o vaxtdan bəri bu tədbir miqyasını daha da genişləndirərək enerji siyasətinin bütün əsas seqmentlərini – neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə hazırda onun adı Bakı Enerji Həftəsidir. Xüsusi vurğulanmalı məqamlardan biri odur ki, Azərbaycan hazırda özünün enerji təhlükəsizliyini tam təmin etməklə xarici bazarlara çıxıb. Bu gün ölkəmiz ümumilikdə 12 ölkəyə təbii qaz nəql edir. Ölkəmizin qarşıya qoyduğu əsas məqsədlərdən biri də yaşıl enerji sahəsində uğurlar əldə etməkdir. fəaliyyətində müvəffəqiyyətlər arzu edirik!.
Rəna İmanzadə;
Neftçala rayonu


