Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev koronavirusdan sağalıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə sabiq Prezidentin mətbuat katibi Aydos Ukibay öz “Twitter” səhifəsində bildirib.
O yazıb ki, hazırda Nursultan Nazarbayev özünütəcrid rejimini davam etdirir.
Xatırladaq ki, Nursultan Nazarbayev iyunun 18-də koronavirusa yoluxmuşdu.


