15-16-17 MART tarixlərində Elxan Paşayev, Azerbaijan Business Partners Club və Blue Mall-ın birgə təşkilatçılığı ilə BAHAR FÜRSƏTLƏRİ adı altında BLUE MALL-da NOVRUZ FESTİVALI baş tutacaq!
GİRİŞ SƏRBƏSTDİR!
Festival proqram olaraq HƏDİYYƏLƏRLƏ DOLU LOTEREYA, SƏRGİ, YARMARKA, NOVRUZ ŞƏNLİYİ və BOL-BOL ƏYLƏNCƏ-ni əhatə edir.
Bahar Fürsətləri üzrə şəhərimizin sakinlərini Bayram münasibəti ilə təbrik edən, yeni kampaniya və endirimlər təklif edən hər bir markanın iştirak edəcəyi möhtəşəm bir Festival Sizi gözləyir.
Festivalda :
– 50 dən çox markanın yer alacağı möhtəşəm yarmarka
– Milli adət-ənənələrimizi əks etdirən əl işləri üzrə sərgi
– Master klasslar
– Bayramın alış-veriş təlaşına uyğun məhsulların dadlandırılması və satışı
– Korporativ əməkdaşlıqlar
– Novruz Bayramına özəl Fotozona və Festivalda iştirak edən markaların logolarından ibarət BRANDWALL
– Böyük Səhnə
– Musiqili qonaqlar, Bayram motivlərini özündə əks etdirən personajlar və bayrama özəl oyun və əyləncələr
– Tanınmış simalar, KİV -nin qonaqları, Rəsmilər və Blogerlərin iştirakı
– Bayram Lotoreyasının təşkili
Festival hər üç gün saat 12:00-dan 20:00-dək davam edəcək.
+994512410404



