Almaniyanın paytaxtı Berlindəki “Charite” klinikası rus müxalifət liderlərindən olan Aleksey Navalnının zəhərləndiyini təsdiqləyib.
BAKU.NEWS xarici mediaya istinadən xəbər verir ki, hazırda həmin klinikada süni komada olan Navalnının bədənində xolinesteraza inhibitorları qrupundan olan bir maddə tapılıb. Onun həyatı üçün hər hansı təhlükə olmadığı bildirilir.
Navalnıya atropin dərmanı verilib.


