Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi dövlət bayramı – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Sizə ali dövləti vəzifənizdəki fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Fürsətdən istifadə edərək Rusiyanın və Azərbaycanın xüsusi xidmətlərinin ölkələrimizin təhlükəsizliyinin təmin edilməsinin və sabit inkişafının bundan sonra da etibarlı qarantı olacaq əməkdaşlığının inkişafına göstərdiyiniz diqqətə və davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm”.
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


