Rusiyanın paytaxtı Moskva şəhərinin Proxodçikov küçəsində yerləşən yaşayış binasında partlayış olub.
BAKU.NEWS-un məlumatına görə, partlayış qaz sızması nəticəsində baş verib.
Nəticədə yaşayış binasında dörd mənzildə yanğın olub.
Ölkənin Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın söndürülüb, 7 nəfər xəsarət alıb və bir nəfərin vəziyyəti ağırdır.


