Moskvada son sutka ərzində daha 71 nəfər koronavirusdan dünyasını dəyişib.
BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 9 496-ya çatıb.
Moskvada ümumilikdə 654 mindən çox insan koronavirusa yoluxub, 495 mindən çox pasiyent xəstəliyə qalib gəlib.


