Misirin Sinay yarımadasında törədilmiş terror aktı nəticəsində ən azı 15 əsgər həlak olub. Bir çox hərbçinin yaralandığı və onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Baku.News AZƏRTAC-a istinadla xəbər verir ki, Silahlı Qüvvələrin mətbuat katibi Tamər Rifai bildirib ki, terrorçular yarımadanın şimalındakı hərbi posta hücum ediblər. Onlardan yeddi nəfəri təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Fevralın əvvəlindən Misirin təhlükəsizlik qüvvələri Sinay yarımadasının şimalında terrorçulara qarşı irimiqyaslı əməliyyatlar həyata keçirirlər. Bu əməliyyatlar zamanı onlarla hərbçi həlak olub, yüzlərlə terrorçu öldürülüb.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


