Cümə günü Belarusun paytaxtı Minskdə qadınların zorakılığa qarşı etiraz aksiyası keçirilib.
BAKU.NEWS bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.
Aksiya Minskin mərkəzindəki Müstəqillik meydanında başlayıb. Aksiya iştirakçıları dərhal OMON əməkdaşları tərəfindən mühasirəyə alınıb, onlardan dağılışmaq xahiş olunub. OMON əməkdaşları aksiyada azı üç kişini saxlayıb.
Aksiya iştirakçıları Aleksandr Lukaşenkonun qalib gəldiyi prezident seçkisinin nəticələrinin əleyhinə, həmçinin mitinqlərin dağıdılması zamanı xəsarət alanlara dəstək məqsədi ilə çıxış ediblər.
“MUM-Minsk” univermaqına çatan etirazçılar metroya düşüb, bununla da askiya bitib. Hesablamalara görə, etiraz aksiyasında 400-ə yaxın insan iştirak edib.


