Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
BAKU.NEWS-un məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılır ki, əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Prezidentinə təqdim etsin.
Bunun üçün Nazirlər Kabinetinə 10 gün müddət verilib.


