Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əliyev (Ceyhun Əli) vəzifəsindən azad edilib.
BAKU.NEWS Report-a istinadla bildirir ki, bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova əmr imzalayıb.
Xatırladaq ki, C.Əliyev ötən ilin may ayında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunmuşdu.


