“Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi yəqin ki yaxın vaxtlarda olacaq”.
BAKU.NEWS-un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır: “Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq”.


