Milli Məclis Aparatında dəyişiklik olub. Belə ki, Mehman Qayıbov parlament Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.
BAKU.NEWS xatırladır ki, Mehman Qayıbov bu təyinatadək Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində çalışırdı.
M.Qayıbov 2-ci dərəcə dövlət müşaviridir. İxtisasca jurnalist olan Mehman müəllim 24.12.1961-ci il tarixində doğulub.
Uzun müddətdir parlament Aparatında çalışan M.Qayıbov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.


