“Gəncə” VK-nın rəhbərliyi Avropa çempionatında Azərbaycan milli komandasının heyətində çıxış etmiş klubun voleybolçuları Nərminə Musayeva və Ülkər Kərimova ilə görüşüb.
Görüş zamanı idmançıların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri və milli komandanın uğurlarına verdikləri töhfə yüksək qiymətləndirilib. “Gəncə” VK-nın prezidenti Elvar Osmanov voleybolçulara göstərdikləri əzm və peşəkarlığa görə minnətdarlığını bildirərək onlara “Təşəkkürnamə” təqdim edib.
Klub prezidenti yeni mövsümdə Nərminə Musayeva və Ülkər Kərimovaya uğurlar arzulayıb, onların həm milli komandada, həm də “Gəncə” VK-nın heyətində yeni nailiyyətlər qazanacaqlarına inandığını vurğulayıb.
TREND
- Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər – AÇIQLAMA
- 91 mənzil kirayə yolu ilə satışa çıxarılır – Aylıq ödəniş 419 manatdan başlayır
- Bakıda tanınmış iş adamları, nüfuzlu simalar və biznes nümayəndələri bir araya gəldi
- Vergi ödəmədən xaricdən nə gətirmək olar?
- Gələn ildən nə qədər gəlir vergisi ödəyəcəyik?
- Azərbaycan–Britaniya tərəfdaşlığında iqtisadi gündəm: investisiya, ticarət və Orta Dəhliz
- Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
- Quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək


