Dünya Alpaqut Federasiyasının prezidenti olaraq Rumıniyada fəaliyyət göstərən Tatar Demokrat Birliyinin sədri (Uniunea Democrată Tătară), Dünya Alpaqut Federasiyasının Rumıniya təmsilçisi Naim Bilgin və məşhur Kurultai Festivalının rəhbərliyi tərəfindən mükafata layiq görüldüm.
Onu da qeyd edim ki, Türkiyənin Bursa şəhərində keçirilmiş Alpaqut Turan Döyüş Sənəti üzrə 3-cü Dünya Çempionatında üzrlü səbəblərdən iştirak edə bilmədiyimə görə mükafatı mənə Dünya Alpaqut Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Emil Rəhimov təqdim etdi.
3-cü Dünya Çempionatı və mükafatla bağlı geniş məlumat Rumıniyada nəşr edilən “Revista Dobrogeană” jurnalında da əks olunub.
Tatar Demokratik Birliyi təşkilatının təsisçiliyi ilə işıq üzü görən “Revista Dobrogeană” jurnalı milli dəyərləri inkişaf etdirmək və təbliğ etmək məqsədi daşıyır və öz səhifələrində mədəniyyət, adət-ənənə, tarix, təhsil, tibb, incəsənət, xəbərlər, idman, qanunvericilik və s. digər mövzulara yer verir.
Mənim fəaliyyətimi dəyərləndirərək yüksək mükafata layiq görən Dünya Alpaqut Federasiyasının Rumıniya təmsilçisi Naim Bilginə və Kurultai Festivalının rəhbərliyinə dərin təşəkkürlərimi bildirirəm.
Millət vəkili Jalə Əhmədova


