İnsult keçirən meyxanaçı Ağakərim Novruzovun səhhəti pisləşib.
BAKU.NEWS xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran məlumat verib: “Meyxanaçı Ağakərimin vəziyyəti yaxşı deyil. Hərçənd arada səhhətinin şıltaqlıq etdiyini bilirdim. Amma Ağakərimin hər çətinliyin öhdəsindən gələcəyini yaxşı bilirdim mən. Bu dəfə də sağalacağına əminəm. Çünki mən meyxana sənətini Ağakərimsiz təsəvvür belə etmirəm. Ağakərim sinədəftərdir. Bədahətən dediyi meyxananın həm qafiyəsi, həm mənası onu dinləyənlərin zövqünü həmişə oxşayıb. Ağakərim həm də dostcanlı, qohumcanlıdır.
Başqa cür adamdı Ağakərim. Meyxana aləminin əsl xiridarıdır. Yastığın yüngül olsun, sənətkar. Sənin sağalacağına inanıram!”



