“Bakı Metropoliteni 2030-cu ilədək bənövşəyi xətt üzrə 290 yeni vaqon almağı planlaşdırır”.
Bunu “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov bildirib.
Onun sözlərinə görə, hazırda Bakı Metropolitenində 71 qatar tərkibi mövcuddur: “Bənövşəyi” xətdə köhnə qatar tərkibləri istismar olunur. 2030-cu ilədək həmin xətt üzrə 290 vaqonun alınması nəzərdə tutulub”.
N.Yusubov əlavə edib ki, yeni hərəkət tərkiblərinin alınması yalnız bənövşəyi xətlə məhdudlaşmayacaq: “Qırmızı” və “yaşıl” xətlərdə qatarlararası intervalın azaldılması üçün həyata keçirilən infrastruktur layihələri başa çatdıqca bu xətlər üçün də əlavə qatarların alınması nəzərdə tutulur. Qırmızı xətdə “İçərişəhər” stansiyasında dalan yolunun tikintisi intervalın azaldılmasına imkan verəcək. “Yaşıl” xətdə isə gələcək “Y-14” və “Y-15” stansiyalarının tikintisi və dönmə kamerasının yaradılmasından sonra qatarların daha sıx intervalla hərəkətinin təşkili mümkün olacaq”. (Qafqazinfo)
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


