Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta agenti olan üç hüquqi şəxsə – “İNS Consulting”, “Az İnvest Group” və “Azərbaycan Geologiyası” MMC-lərə icrası məcburi sərəncam verib.
BAKU.NEWS bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində şirkətlərə “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən icrası məcburi göstəriş verilib.


