Mərkəzi Bank “Azerfloat” QSC-yə cərimə protokolu yazıb.
BAKU.NEWS-un məlumatına görə, QSC barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İş Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.


