“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal ilə görüşüb.
Görüş zamanı Zakir İbrahimov Cəmiyyətin 10 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər, ölkənin mineral-xammal potensialının öyrənilməsi və dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, “Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının, eləcə də sənayenin gələcək inkişafına yönəlmiş strateji yanaşmanın bariz nümunəsidir.
Sunniya Durrani-Camal bankın fəaliyyət istiqamətləri və özəl sektorun maliyyələşdirilməsi üzrə strateji hədəfləri barədə məlumat verib. O, AİB-in kritik mineralların hasilatı və emalı sahəsində yeni maliyyələşdirmə mexanizmlərini tətbiq etdiyini bildirərək, dayanıqlı inkişafı, məşğulluğun artırılmasını və regional iqtisadiyyatın gücləndirilməsini dəstəkləyən layihələr üzrə əməkdaşlığa maraq göstərdiklərini qeyd edib.
Müzakirələr zamanı “AzerGold” QSC-nin strateji layihələri, o cümlədən Balakən rayonunda yerləşən Filizçay polimetal yatağı üzrə texniki-iqtisadi əsaslandırma işləri, Şəmkir rayonunda Qərb Sənaye Parkında yaradılması planlaşdırılan, yaşıl enerji prinsiplərinə əsaslanan isti briketlənmiş dəmir (HBI) istehsalı kompleksi, eləcə də Söyüdlü (Zod) qızıl yatağının mövcud vəziyyəti və gələcək istismar planları diqqətə çatdırılıb.
Vurğulanıb ki, bu layihələrin həyata keçirilməsi ölkənin sənaye potensialının gücləndirilməsi, regionların iqtisadi inkişafı və yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətin müəyyən etdiyi strateji prioritetlərə uyğun olaraq, bu istiqamətdə beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi də xüsusi önəm kəsb edir.
Görüşün sonunda tərəflər texniki və maliyyə işçi qrupları səviyyəsində müntəzəm təmasların davam etdirilməsi və konkret layihələr üzrə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi barədə razılığa gəliblər.
TREND
- Süni intellektlə səsinizi kopyalayıb pulunuzu alırlar – XƏBƏRDARLIQ
- Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək
- BP: “Şahdəniz” layihəsi çərçivəsində dənizdə tikinti işlərinə start verilib
- Azərbaycanda məktəbdə şagirdlər arasında dava olub
- DVX rəqəmsallaşma və süni intellekt vasitəsilə vergi nəzarətini gücləndirir
- “Tiktok” vasitəsilə kredit götürmək istədi, başına iş gəldi
- “AzerGold”da Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib


