Almaniyanın paytaxtı Berlində qara rəngli avtomobil Kansler Angela Merkelin ofisinin qapılarına çırpılıb.
BAKU.NEWS “Bild” qəzetinə istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.
Qəzetin yazdığına görə, avtomobilin bir tərəfində “Siz- lənətə gəlmişlər, uşaqların və qocaların qatillərisiniz”, digər tərəfində isə “Qloballaşma siyasətini dayandırın” cümlələri yazılıb. Bununla sürücü Merkel hökumətinə etiraz edib.
Az sonra isə hadisə yerinə təcili yardım maşını cəlb olunub.
İnsident nəticəsində heç kimin xəsarət almadığı və avtomobil sürücüsünün isə nəzarətə alındığı bildirilib.



