Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib.
Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb.
Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Araşdırmalar davam etdirilir.
TREND
- Prezidentin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur – RƏSMİ
- Ağstafada sursat partlayışı nəticəsində 1 nəfər ölüb, xəsarət alan var
- Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
- Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü
- Fransadan idarə olunan “YouTube” kanalı ifşa edildi
- İş adamı Mətləb Məmmədovun şirkətinin yarım milyonluq hesabına həbs qoyuldu
- “Villa Badam”ın arxasında dayanan şirkət: Milyonluq vergi borcu üzə çıxdı
- “Unibank”da müştərilərin xəbəri olmadan kreditlər: keçmiş əməkdaş 4 il həbs edildi



