Malidə qiyamçı hərbçilər Prezident İbrahim Bubakar Keyta və Baş Nazir Bubu Sisseni həbs ediblər.
BAKU.NEWS-un məlumatına görə, bu barədə “France Presse” agentliyi xəbər verib.
“Prezident və Baş Nazir onları Katiyə aparan zirehli transportyordadır”, – qiyamçıların nümayəndəsi agentliyə bildirib.
Mənbə “RİA Novosti”yə məlumatı təsdiq edib.
Daha əvvəl yerli və Qərb mediası Bamako paytaxtı yaxınlığında hərbi bazada qiyamın baş verməsi haqda yazmışdı.


