Belarusun Qomel şəhərində ölkə Prezidenti Aleksandr Lukaşenkoya dəstək mitinqi keçirilib.
BAKU.NEWS bildirir ki, bu barədə “RİA Novosti”yə şahidlərdən biri xəbər verib.
Qomeldə keçirilən mitinq kadrlarını Belarus mətbuatı da dərc edib.
Aksiyanın keçirilməsi üçün şəhərin mərkəzindəki Sovet və bir neçə ətraf küçələr bağlanıb.
Xatırladaq ki, daha əvvəl Minskin mərkəzində Lukaşenkoya dəstək və etiraz mitinqləri keçirilmişdi.


