Leykoz sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, daha çox isə ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyidir.
Leykoz xəstəliyi altında qanın bir çox onkoloji xəstəlikləri – kəskin, xroniki, limfoblast və mieloblast leykoz cəmlənir. Xəstəlik zamanı qırmızı qanın törənməsində də pozulma baş verir, bu səbəbdən leykozun əksər formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar.
Bu xəstəliyə fərqli formalarda olmaqla yeni doğulmuşdan ahıl şəxslərə qədər hər yaşda rast gəlinə bilər.
Daha çox 2-5 yaş arasında olan uşaqlarda təsadüf olunur. 1 yaşdan aşağı, 10 yaşdan yuxarı şəxslərdə isə müalicəyə cavab azalır. Leykozdan əziyyət çəkən xəstələrin, daha çox isə uşaqların tam sağalma ehtimalı 80-85 faizə bərabərdir.
C.Quliyev


