Kosovonun baş naziri Avdullah Hotinin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə baş nazir özünün “Facebook” hesabında yazıb.
“Bu gün verdiyim koronavirus testi pozitiv çıxıb. Heç bir simptom yoxdur, çox yüngül öskürəyim var”-deyə, o bildirib.
Baş nazir iki həftə müddətində özünütəcrid rejimində olacaq, vəzifəsini kənardan icra edəcək.


