İspaniya və Kanadadan olan bir qrup alim koronavirus infeksiyasının ən ağır forması zamanı sağalma üçün 3 əsas faktor aşkarlayıblar.
BAKU.NEWS xəbər verir ki, onlardan ən əsası vaksinasiyadan sonra qanda formalaşan antikorların miqdarı hesab olunub. Bu faktın dəqiqliyini yoxlamaq üçün onlar xəstə insanların qan xüsusiyyətlərini öyrəniblər. Araşdırmanın nəticələri “Journal of Internal Medicine” jurnalında dərc olunub.
Götürülən digər əsas faktorlardan biri isə antiqenlərin orqanizmdə olan ümumi miqdarıdır.
Sonda isə 3-cü amil kimi qanda viruslu ribonuklein turşusunun dəyəri götürülüb.


