Müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadə koronavirusa yoluxub.
BAKU.NEWS xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cütlükdə bir müddət əvvəl COVID-19 aşkarlanıb.
Bir neçə gündür ev şəraitində müalicə alan cütlükdən F. Musazadənin vəziyyəti ağırlaşıb. O, gecə saatlarında Bakı Sağlamlıq Mərkəzində yerləşdirilib. X. İslam da həyat yoldaşının yanında olmaq, ona diqqətdə saxlamaq üçün xəstəxanaya aparılıb. X.İslamın vəziyyətinin normal olduğu bildirilir.
Məlumatı sənətçinin yaxınları saytımıza təsdiqləyib.


