Koronavirusa yoluxan millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov ev şəraitində necə müalicə olunduğunu açıqlayıb.
BAKU.NEWS-un xəbərinə görə, deputat ağciyər tutulması ilə evdə sadəcə doğru dərman qəbul etdiyini (ağızdan antiviral tabletka, vitamin C və parasetamol qəbulu), yataq istirahəti və zamanı istifadə edərək müalicə olunduğunu bildirib.
“Arzum budur ki, qripə yoluxmayın, amma yoluxmaqdan da qətiyyən qorxmayın”, – R.Mahmudov əlavə edib


