“Kontakt Home” şirkətinə Maliyyə direktoru axtarılır.
Sözügedən vakansiya üçün maliyyə sahəsində ən azı 8 il təcrübə (ən azı 5 il rəhbər vəzifədə) tələb olunur.
Bundan əlavə, müraciət edəcək namizədin maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu üzrə ali təhsili olmalı, o, beynəlxalq maliyyə hesabatı standartlarını və Azərbaycan Respublikasının Vergi Məcəlləsini dərindən bilməli və maliyyə funksiyasında ERP sistemləri ilə praktiki iş təcrübəsinə malik olmalıdır.
Maliyyə direktoru şirkətdə Maliyyə departamentinə rəhbərlik edəcək, bu çərçivədə idarəetmə və mühasibat uçotu, xəzinədarlıq, vergi uçotu, maliyyə hesabatlılığı kimi sahələrdə şirkətin işinə nəzarəti həyata keçirəcək. Qrup və onun şirkətləri səviyyəsində büdcələşdirmə, maliyyə planlaşdırması və proqnozlaşdırma, mənfəətliliyin idarə edilməsi: marjinallıq təhlili, əməliyyat xərclərinə nəzarət, qeyri-səmərəli xərclərin müəyyən edilməsi və azaldılması, pul vəsaitlərinin hərəkətinin, dövriyyə kapitalının və banklarla münasibətlərin idarə edilməsi, ERP sisteminin maliyyə modulunun tətbiqinə və inkişafına rəhbərlik, hesabatlılığın avtomatlaşdırılması, aylıq bağlanış müddətinin qısaldılması, vergi qanunvericiliyinə və BMHS (IFRS) tələblərinə uyğunluğun təmin edilməsi, rəhbərlik üçün maliyyə təhlillərinin və tövsiyələrin hazırlanması kimi məsələlər Maliyyə direktorunun səlahiyyətləri daxilində olacaq. (Plat.az)
TREND
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib


