i“ABC-Telecom” MMC “HOFFMANN” əmtəə nişanlı yağla işləyən elektrik qızdırıcılarının satışı ilə əlaqədar rəqabət qanunvericiliyini pozub.
Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Belə ki, şirkətin barəsində Rəqabət Məcəlləsinin 23.1.1-ci, 23.1.4- cü və 25.1.1-ci maddələrinin tələblərinin pozulması əlamətləri üzrə qaldırılan işə yenidən baxılıb.
İşə yenidən baxılma yekunlaşıb. Şirkətə yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib və maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, “ABC-Telecom” MMC məşhur “Kontakt Home” mağazalar şəbəkəsinin sahibidir. Şirkət 2006-cı ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə oğlu Həsən İsrafilzadədir. (plat.az)
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


