Kipr parlamentinin sədri Dimitris Sullirus bu gün, oktyabrın 15-də istefa verib.
BAKU.NEWS bu barədə “Reuters” agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, spiker vəzifəsini investisiya qarşılığında vətəndaşlığın verilməsi (“Qızıl pasportlar”) proqramının həyata keçirilməsində yol verilən qanun pozuntuları ilə bağlı qalmaqaldan sonra tərk edib.


