AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Kəlbəcər” tankerinin istismara verilməsindən beş il ötür.
ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda (BGZ) inşa olunan gəmi 10 sentyabr 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
İstismar müddəti ərzində “Kəlbəcər” tankeri ilə müxtəlif limanlara ümumilikdə 72 səfər həyata keçirilib. Bu dövrdə gəmi 446 235 ton neft və neft məhsulu daşıyıb.
Yeni nəsil tankerin uzunluğu 141, eni 16,9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 uzel sürətlə hərəkət edə bilir. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7 875 ton, çayda 5 447 tondur.
“Kəlbəcər” tankeri istifadəyə verildiyi tarixdən indiyədək Azərbaycan bayrağı altında beynəlxalq sularda fəaliyyət göstərir.
TREND
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb


