Azərbaycanlı Kamran Mahmudlu Türkiyənin süni zəka ilə dəstəklənən marketinq platforması Insider şirkətində uğura imza atıb.
Bu barədə BAKU.NEWS-a məlumat verən Kamran Mahmudlu bildirib ki, Insider şirkətində texniki dəstək komandasının lideri kimi çalışıb.Bu günlərdə K.Mahmudlu həmin şirkətə hissədar seçilib.
Məlumat üçün bildirək ki, İnsider — fərdiləşdirilmiş, kross-kanal təcrübələri üçün ən böyük platformadır. Bu platforma sayəsində müəssisə marketerləri kanal və sistemlər üzrə müştəri məlumatlarını əlaqələndirir, onların gələcək davranışlarını Aİ niyyət mühərriki ilə proqnozlaşdırır və müştəri təcrübələrini individuallaşdırırlar. Marketoloqlar Insider-in platformasından istifadə edərək Web, App, Web Push, Email, SMS, və Messaging Apps (WhatsApp, Facebook Messenger, RCS) kimi kanallarda təcrübələri çatdırırlar.
İnsider bu yaxınlarda unicorn statusunu açıb.
Şirkət ardıcıl 20 kvartal üzrə 4,6/5 reytinqə malik G2-nin Mobil Marketinq Proqram təminatı və Personalizasiya Şəbəkələrində #1 Lider adına layiq görülüb


