“Bir aydan çoxdur “ABB bank”ın xidmətləri ilə bağlı ciddi bir problem yaşayıram”.
Bunu jurnalist, ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə mütəxəssis Sədrəddin Ağcayev öz sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
S.Ağcayev məsələni bu cür açıqlayıb:
“Xarici kartdan ABB kartıma köçürmə etdim. Xarici bank tərəfindən əməliyyatı tam təsdiqlənmiş, prosessinqdən keçmiş və hesabdan çıxılmış ödəniş ABB-də hələ də “bizdə görünmür” cavabı ilə qarşılanır.
Tranzaksiyanın bütün texniki detalları — Trace Audit No, Authorization Code, Merchant ID — təqdim olunub, qarşı tərəf bankdan rəsmi məktub formasında təsdiq verilib, lakin “ABB” öz sistemində araşdırma aparmaq əvəzinə məsuliyyəti üzərindən atır.
Müştəri olaraq mən “ABB”dən rəsmi təsdiq tələb etdim – onu da vermirlər. Bu cür yanaşma bank xidmətlərində şəffaflıq, cavabdehlik və proseslərin düzgün işləməsi ilə bağlı ciddi suallar yaradır və istehlakçı hüquqlarının qorunmasının nə qədər vacib olduğunu bir daha göstərir”. (plat.az)
TREND
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb


