Millət vəkili Jalə Əhmədova Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu adını qazanıb.
BAKU.NEWS xəbər verir ki, deputat bu barədə öz rəsmi səhifəsində məlumat verib.
“Bu gün həm sevincli, həm də çox qürurluyam. Çünki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu adını qazandım. Neçə ilin bəhrəsi olan fərqlənmə diplomumun DİA-nın rektoru, akademik Urxan Ələkbərov tərəfindən təqdim edilməsindən isə böyük şərəf duydum. Buna görə hörmətli akademikimizə xüsusi təşəkkürlərimi bildirirəm.
DİA mənə unudulmaz tələbəlik illəri yaşatdı. Burada təhsil aldığım ixtisasın sirlərini, dərinliklərini öyrənməklə yanaşı, çox gözəl tələbə yoldaşları, yeni dostlar və tanışlar da qazandım. Ən xoş xatirələrlə yaddaşımda qalacaq bu ali təhsil ocağının rektoru, alicənablığı və yüksək insani keyfiyyətləri ilə hər bir tələbənin sevgisini qazanan Urxan müəllimə və professor-müəllim heyətinə sonsuz minnətdaram.
Çox şanslıyam ki, Dövlət İdarəçilik Akademiyasının məzunuyam”.


