30 oktyabrda Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 109 nəfərə çatıb.
BAKU.NEWS xəbər verir ki, zəlzələ nəticəsində həyatını itirənlərin sayı 109 nəfərə çatıb.
*Saat 13:59
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 105 nəfərə çatıb.
BAKU.NEWS xəbər verir ki, həlak olanların sayı 105-ə çatıb.
*Saat 08:47
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi məlumat yayıb.
Yeraltı təkanlar nəticəsində 962 nəfər xəsarət alıb. Onlardan 743-ü xəstəxanadan evə buraxılıb, 219-nun müalicəsi davam etdirilir.
“Ciddi ziyan görmüş və çökən binaların sayı 58-ə çatıb. Axtarış və xilasetmə işləri sürətlə davam edir. Dəymiş zərərin qiymətləndirilməsi işləri tamamlanır. Bir tərəfdən söküntü işlərinə başlamışıq. Dünəndən etibarən 2 binada söküntü işləri başlayıb”, – deyə nazirlikdən bildirilib.


