Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
BAKU.NEWS xəbər verir ki, zəlzələ qurbanlarının sayı artaraq 62 nəfərə çatıb, 218 nəfər isə müalicəsini davam etdirir.
*Saat 17:03
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.
BAKU.NEWS xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Samsunda keçirilən toplantısında zəlzələ qurbanlarının sayının 58-ə çatdığını bildirib.
*Saat 15:03
Türkiyənin İzmir şəhərində yeraltı təkan sonucunda ölənlərin sayı artıb.
BAKU.NEWS “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca verib.
Məlumata görə, zəlzələdən həlak olanların sayı 55-ə yüksəlib.
*Saat 13:03
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay açıqlama verib.
*Saat 10:43
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.
BAKU.NEWS “Milliyet”ə mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, hazırda 229 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.


