Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi məlumat yayıb.
Yeraltı təkanlar nəticəsində 962 nəfər xəsarət alıb.
“Ciddi ziyan görmüş və çökən binaların sayı 58-ə çatıb. Axtarış və xilasetmə işləri sürətlə davam edir. Dəymiş zərərin qiymətləndirilməsi işləri tamamlanır. Bir tərəfdən söküntü işlərinə başlamışıq. Dünəndən etibarən 2 binada söküntü işləri başlayıb”, – deyə nazirlikdən bildirilib.
*Saat 08:31
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 79 nəfərə çatıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar nəticəsində 896 nəfər xəsarət alıb. Onlardan 667-si xəstəxanadan evə buraxılıb, 229-nun müalicəsi isə davam etdirilir.


