Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu sahədə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən BAKU.NEWS-a verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciət əsasında “Market İN” MMC-yə məxsus ümumi çəkisi 270 kiloqram müxtəlif növ qida məhsulu (alkoqolsuz içki, süd məhsulu və s.), “E.T.L. Company” MMC-yə məxsus ümumi çəkisi 3460 kiloqram xurma məhsulu “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, “Aqro-Vest DC” MMC-yə məxsus ümumi çəkisi 16240 kiloqram müxtəlif növ qida məhsulu isə “Təmiz-Sumqayıt Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
TREND
- Özgür Özəl İlham Əliyevə zəng etdi
- Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib
- İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
- BDYPİ xəbərdarlıq etdi
- Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA
- Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
- Azərbaycanda Dövlət Bayrağı Günüdür
- Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – TAM MƏTN


