“Buta Airways” aviaşirkətinin İstanbul (Sabiha Gökçen aeroportu) – Bakı J2-9106 nömrəli reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.
Bu barədə BAKU.NEWS-a aviaşirkətdən bildirilib.
Məlumata görə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq hotelə yerləşdiriləcək, qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.
Sözügedən reysin sərnişinləri bazar ertəsi, yanvarın 16-sı İstanbul vaxtı ilə saat 10:50-də Bakıya digər təyyarə ilə yola düşəcəklər.

