İstanbulda yağan güclü qar səbəbindən Bakı-İstanbul-Bakı (J2 077/078) axşam reysi də ləğv edilib.
AZAL-dan BAKU.NEWS-a verilən məlumata görə, ləğv edilmiş reysin sərnişinləri sabah səhər reysinin (J2 075/076) sərnişinləri ilə birlikdə geniş füzelyajlı təyyarə ilə yola düşəcəklər.
Onu da qeyd edək ki, qarın yağması səbəbindən İstanbul hava limanı istiqamətində nəqliyyatın hərəkəti ciddi şəkildə çətinləşib.


