İsrail hökuməti yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejiminin müddətini 60 gün, yəni 3 yanvar 2021-ci ilə qədər uzadıb.
BAKU.NEWS “TASS”a istinadən xəbər verir ki, bu barədə yəhudi dövlətinin Baş Nazirinin Dəftərxanası bildirib.
“Nazirlər Kabineti koronavirusa görə fövqəladə vəziyyəti 60 gün müddətinə – 5 noyabr 2020-ci il tarixindən 3 yanvar 2021-ci ilə qədər – uzadılması haqqında qərar qəbul edib”, – məlumatda deyilir. Dəftərxanada qeyd ediblər ki, bu qərar ölkənin Knesseti (parlamenti) tərəfindən təsdiq olunmalıdır.
Bundan başqa, Koronavirus üzrə Hökumət Komissiyası noyabrın 1-dən etibarən məktəblərin aşağı siniflərində dərslərin yenidən başlanmasına qərar verib.


