İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) oktyabrın 20-də vizasız rejim haqqında saziş imzalayacaqlar.
BAKU.NEWS bildirir ki, bu barədə “The Jerusalem Post” qəzeti yəhudi dövlətinin administrasiyasındakı mənbələrə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, sənəd BƏƏ-nin Maliyyə və İqtisadiyyat nazirlərinin İsrailə səfəri çərçivəsində imzalanacaq. Sazişin iki ölkə arasında imzalanacaq ilk belə sənəd olacağı qeyd edilir.
Xatırladaq ki, sentyabrın 15-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin normallaşdırılması haqqında saziş imzalanmışdı.


