Baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları Ermənistan Milli Məclisinin binasına doğru hərəkət edirlər.
BAKU.NEWS “Aysor.am”a istinadən xəbər verir ki, etirazçıların yaxın bir neçə saat ərzində parlamentin növbədənkənar iclasının çağırılmasını tələb edəcəkləri bildirilir.
Paşinyanın istefası üçün iki ehtimalın olduğu qeyd olunub: ya könüllü istefa, ya da parlamentin fövqəladə iclası çərçivəsində impiçment prosedurunun həyata keçirilməsi yolu ilə.


